“Real”da ciddi itki

“Real Madrid”in 25 yaşlı ulduz futbolçusu Kylian Mbappe zədələndiyini açıqlayıb.

Sportline.az klubun  rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Mbappenin “Real”ın qarşıdakı 4 matçını buraxacağı bildirilir. O, “Atletiko Madrid”,”Lille”,”Villareal” və “Selta Viqo” ilə oyunlarda meydanda olmayacaq.

Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 9 matçda 7 qol və 1asistlə yadda qalıb.