"Real"da ciddi itki
"Real" Atletiko ilə oyunda zədələnən Tibo Kurtua haqqında məlumat yayıb.
Sportline.az klubun rəsmi hesabına istinadla xəbər verir ki, sol ayağından zədələnən 32 yaşlı qolkiper 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
AS nəşrinin xəbərinə görə Kurtua beynəlxalq fasilədən sonra sıraya qayıdacaq.
Qeyd edək ki, Vanda Metropolitano stadionunda baş tutan Madrid derbisi 1-1 hesablı bərabərliklə yekunlaşıb.