Renat Dadaşov millidən imtina edib

Almaniya "Ayntraxt"ının və milli komandanın forvardı Renat Dadaşov gənclərdən ibarət Azərbaycan seçməsinin təklifini müsbət cavablandırmayıb. Sportline.az xəbər verir ki, 18 yaşlı hücumçu Almaniya və Kosovo millilərinə qarşı oyunlar üçün dəvət alsa da, qeyri-müəyyən səbəbdən düşərgəyə gəlmək istəmədiyini bildirib.

Xatırladaq ki, Renat Dadaşov əsas milli komandamızın da üzvü sayılır.