Renat Dadaşovdan məhsuldar ötürmə

İsveçrə Superliqasında 4-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" evdə  "Sankt-Qallen"ə  3:2 hesabı ilə qalib gəlib.

R.Dadaşov start heyətdə meydana çıxıb, 90-cı dəqiqədə əvəzlənib. O, 45+2 dəqiqədə komandasının 2-ci qolunun ötürməsini verib.

Qeyd edək ki, 1 oyun az keçirən "Qrasshopper" 7 xalla 3-cü pillədə qərarlaşıb.