Renat Dadaşovun debütü uğurlu alındı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun "Qrasshopper"də debütü uğurlu alınıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı forvard Almaniyanın aşağı liqa komandası “Veen” ilə sınaq qarşılaşmasında forma geyinib. 

Almaniyada keçirilən oyun isveçrəlilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana 46-cı dəqiqədə çıxan Dadaşov həmin dəqiqədə komanda yoldaşı Hayao Kavabenin vurduğu qolun ötürməsini verib.

Xatırladaq ki, Renat iyulun 9-da "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb.