Renat Dadaşovun komandası uğursuzluqla barışdı

Portuqaliya Primerosunda 34-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası “Tondela” “Boavişta” ilə qarşılaşıb.

Matç 2:2 hesabı ilə yekunlaşıb.

Bu görüşdə Dadaşov 59-cu dəqiqədə meydana çıxıb.

“Boavişta” ilə bərabərə qalan “Tondela” 28 xalla 17-ci pillədə tutaraq Primeronu tərk edib.