Renat sona kimi ehtiyatda qaldı
Polşa çempionatında 29-cu turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "GKS Katovice"nin qonağı olub. 5 qolun vurulduğu görüşdə meydan sahibləri qələbə qazanıb.
“GKS Katovice” - “Motor” - 3:2
Qollar: Markoviç, 23 (1:0), Czubak, 29 (1:1), Novak, 39 (2:1), Markoviç, 45+3 (3:1), Volski, 49 (3:2)
Renat Dadaşov əvvəldən sona kimi ehtiyatda qalıb.
Qeyd edək ki, ardıcıl üçüncü matçda qələbəyə həsrət qalan "Motor" turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Renatın komandasının aktivində 39 xal var.