Rəqibi dişləyən futbolçu cəzalandırıldı
"Preston"un hücumçusu Milutin Osmaiç rəqibi dişlədiyinə görə diskvalifikasiya edilib.
Sportline.az "Sky Sports"a istinadla xəbər verir ki, o, 8 oyun meydandan kənarda qalacaq.
Sözügedən futbolçu "Blekbern"in müdafiəçisi Ouen Bekin boynunu dişləmişdi.
Hadisə Çempionşipin 6-cı turunda baş vermişdi.
Oyundan sonra hadisəni araşdıran İngiltərə Futbol Assosiasiyası çernoqoriyalı futbolçunu 8 oyunluq cəza ilə yanaşı 15 min funt cərimələyib.