Rəşad Sadıqov 19:37-də “Neftçi”ni bu şəkillə təbrik etdi
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"nin yaranmasının 85 illiyi münasibəti ilə paylaşım edib.
Sportline.az xəbər verir ki, o, "Neftçi" forması ilə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində 2005-ci ildə keçirilən "Anderlext"lə oyunundan (1:0) şəklini paylaşıb və "Neftçi"-85" sözlərini yazıb .Maraqlıdır ki, paylaşım "Neftçi"nin yaranma ili ilə əlaqədar simvolik olaraq saat 19:37 seçilib.
Qeyd edək ki, Sadıqov futbolçu karyerası ərzində 2001 - 2002, 2003 - 2005 və 2006 - 2008-ci illərdə "Neftçi"də çıxış edib.
