Rəşad Sadıqovdan məşqçiliyə doğru daha bir addım

Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 4-cü mərhələsi başlanıb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki,  məşğələlərə UEFA-dan dəvət olunmuş isveçrəli mütəxəssislər Dani Rayser rəhbərlik edir.

Məşqçi kursunda Rəşad Sadıqov, Mahmud Qurbanov, Samir Abasov, Elçin Rəhmanov, Elşad Əhmədov da iştirak edib.