Respublika sadionunda ot örtüyünün son durumu: Nazirlikdən AÇIQLAMA

"Tofiq Bəhramov adına respublika stadionunun ot örtüyü yenilənir. Buna səbən örtüyün hazırda istismara yararsız olmasıdır".

Bunu Sportline.az saytına açıqlamasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.

O, bildirib ki, stadionun ot örtüyü və torpaq qatı uzun müddətdir ki, yenilənmirdi: "Stadionun ot örtüyü və torpaq qatı sonuncu dəfə 2012-ci ildə əsaslı şəkildə yenilənmişdi. Beynəlxalq təcrübədə isə bu yenilənmə 5-6 ildən bir olur. "Sabah" - "Beşiktaş" matçından sonra meydançaya xidmət müasir standartlara uyğun aparılır. Meydança tam bərpa edildikdən sonra avqustun ortalarında istifadəy verilməsi nəzərdə tutulub".

Banner