Rinqdə ürəyi dayandı
Almaniyada yaşayan türk əsilli boksçu Musa Askan dünyasını dəyişib.
Sportline.az “Hürriyyet”qəzetinə istinadən xəbər verir ki, dünən Münhendə keçirilən boks yarışının (+84 kq) üçüncü raundunda qəflətən Musa Askanın ürəyi dayanıb.Dərhal xəstaxanaya çatdırılan 36 yaşlı boksçunun bu gün dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, WBF və GBU kəmərlərinin sahibi olan Avropa-Asiya çempionu olan Musa Askan 75 peşəkar qarşılaşmada məğlub olmamışdı.