Rişarlison: "Real" forması geyinmək hər bir futbolçunun arzusudur"

Rişarlison "Real Madrid"də oynamaq arzusundan danışıb.

Sportline.az xəbər verir ki, braziliyalı hücumçu "Real"ı dünyanın ən böyük klubu adladırıb.

“Əlbəttə ki, hər bir oyunçu "Real Madrid" forması geyinmək istəyir. "Real" dünyanın ən böyük klubudur. Ötən mövsüm “Tottenhem”də aldığım zədələrə görə qiymətim aşağı düşdü. Amma "Real Madrid" forması geyinmək hər bir futbolçunun arzusudur. Amma mən hələ də öz oyunumu "Tottenhem" forması ilə göstərməliyəm ”, - deyə hücumçu bildirib.

2022/23 Premyer Liqa mövsümündə Rişarlison 27 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Banner