Roberto Bacconun evi qarət edilib
İtaliya futbolunun əfsanəvi futbolçularından olan Roberto Baccnun evi ötən gecə qarət edilib.
Sportline.az xəbər verir ki, bu barədə Tutto Mercato nəşri məlumat yayıb.
Mənbənin xəbərinə görə keçmiş futbolçu Viçenza şəhərində yerləşən evində ailəsi ilə birgə İspaniya-İtaliya oyununu izləyərkən 5 nəfər silahlı şəxs onun evinə basqın edib.
Hadisə zamanı Roberto Bacconun yaralandığı bildirilir.
Qeyd edək ki, yaşananlardan sonra Roberto Bacconun xəstəxanaya aparıldığı və alnına tikişlər vurulduğu, digər ailə üzvlərinin isə xəsarət almadığı, lakin böyük qorxu içində olduğu bildirilib.