Roberto Martinezin Ronaldo israrı - SƏBƏB

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Kriştiano Ronaldonu milliyə çağırmağa davam etmək qərarına necə gəldiyini izah edib.

Sportline.az xəbər verir ki, Ronaldonun hazırda yüksək səviyyədə olması Martinezi qane edib.

"Mən yanvarın 9-da təyin olunmuşam, ona görə də 2022-ci il mundialında çıxış edən 26 oyunçunun hər biri ilə görüşmək üçün altı həftə vaxtım var idi. Avropanın ən yaxşı 5 liqasının hər birinə, Səudiyyə Ərəbistanına və Portuqaliyaya səfər etmişəm. Hər bir oyunçunun müxtəlif liqalarda özlərini inkişaf etdirdiyini görmək çox gözəl idi. Belə məqamlarda oyunçunu yox, insanı tanıyırsan. Mənim üçün, bu, çox vacib bir məqamdır. Bütün futbolçularla görüşdüm və gördüm ki, onlar üçün futbol oynamağı bacarmaq nə deməkdir, karyeralarının hansı mərhələsindədirlər. Ronaldoya gəlincə, o, kənara çəkilməyə hazır deyildi. O, yeni dövrün bir hissəsi olmağa hazır və istəkli idi. Həmin an onu mart siyahısına salmaq istədim və seçimimdə yanılmadım. İki oyunda 4 qol vurdu, əsl lider, kapitan və komandaya dünya futbolunda heç bir oyunçunun sahib olmadığı təcrübə qazandıran biri kimi davrandı" - deyə Portuqaliya millisinin baş məşqçisi bildirib.

Banner