Rodriqo: "Mbappe nə qədər tez gəlsə, o qədər yaxşıdır"

Rodriqo Qoes Kilian Mbappe ilə "Real Madrid"də oynamağa ümid edir.

Sportline.az xəbər verir ki, Rodriqo Mbappe üçün səbirsizlənir.

"O, dünyanın ən yaxşı futbolçularından biridir. Hazırda bu mövqeyə futbolçu axtarırıq. Onun transferinə görə həyəcanlıyam. Amma indi onun müqaviləsi var PSJ ilə. Buna hörmət etmək lazımdır. Məncə, nə qədər tez gəlsə, bir o qədər yaxşıdır" - deyə Rodriqo bildirib.

Banner