Rodriqonun cavabını verdi - "Çox çərənləyirsən, bir az ehtiyatlı ol"
"Liverpul"un və İspaniya millisinin sabiq müdafiəçisi Xose Enrike "Real" futbolçulsu Rodriqonun Salah haqda aşağılayıcı fikirinə münasibət bildirib.
Sportline.az xəbər verir ki, o, Tvitter hesabında bu barədə yazıb: "Rodriqo sən hələ çox gəncsən, bir az ehtiyatlı ol. Belə getsə, mən özüm səni axtarmalı olacağam. Çox çərənləyirsən".
Xatırladaq ki, Çempionlar Liqasının finalı ərəfəsində Salah 2018-ci ildə keçirilən həlledici qarşılaşmadakı məğlubiyyətin əvəzini çıxmaq istədiyini, qisasa kökləndiyini bir neçə dəfə dilə gətirmişdi. Rodriqo isə finlada 1:0 hesablı qələbədən sonra verdiyi açıqlamada bildirmişdi ki, "Real"ın futbolçuları Məhəmməd Salahı gülünc vəziyyətə salmaq üçün Çempionlar Liqasının finalını qazanmaq istəyirdi.