"Roma" doğma meydanda 1 xal qazanıb

İtaliya A Seriyasının 30-cu turunda "Roma" "Fiorentina" ilə üz-üzə gəlib.

Sportline.az xəbər verir ki, qarşılaşmada 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

"Roma" 2:2 "Fiorentina"
Qollar:
Xerman Petselya, 12 (0:1), Nikolo Zaniolo, 14 (1:1), Jerson Santos, 51 (1:2), Dieqo Perotti, 57 (2:2).