“Roma” Türkiyə klubunun futbolçusu ilə maraqlanır

“Roma” klubunun skautları “Fənərbağça”nın futbolçusunu izləyəcəklər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, “Fənərbağça”nın 22 yaşlı niderlandlı sol cinah müdafiəçisi Ceydin Ostervolde İtaliya klubunun diqqət mərkəzinə düşüb.

“Roma” klubunun skautarı futbolçunun “Olimpiakos”la görüşdəki performansını izləmək üçün Yunanıstana yollanacaqlar.

Qeyd edək ki, Ceydin Ostervolde bu mövsüm “Fənərbağça” forması ilə 40 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.