"Roma"da ciddi itki

"Roma"nın ukraynalı futbolçusu Artyom Dovbik zədələnib.

Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Dovbik ən azı 1 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm çıxış etdiyi 33 matçda 13 qol və 4 asistlə yadda qalıb.