"Roma"nın formasındakı yazının sirri
"Roma"nın futbolçularının son 1 ayda geyindikləri formanın üzərində sponsor adı əvəzinə "SPQR" yazısı diqqət çəkir.
Sportline.az-ın araşdırmasına görə, komandanın sponsoru "DigitalBits" şirkəti kluba martın 31-də etməli olduğu ödənişin öhdəsindən gələ bilməyib. Bununla da, klub və şirkıt arasında müqavilə pozulub.
Bundan sonra "Roma" futbolçuları formanın önündə "SPQR" yazısı ilə meydana çıxırlar. Bu abreviaturanın açılışı isə qədim Roma ifadəsi olan "Roma senatı və xalqı" deməkdir.
