"Roma"nın gənc ulduzu "Mançester Siti"nin hədəfində
"Mançester Siti" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir. SportLine.az "Sky Italia"ya istinadən xəbər verir ki, "şəhərlilər" "Roma"nın gənc ulduzu Lorenzo Pelleqriniyə elçi düşüb.
Premyer Liqa təmsilçisi yarımmüdafiəçinin keçidini qış transfer pəncərəsində həll etmək niyyətindədir.
"Mançester Siti"nin yaxın günlərdə "canavarlar"a rəsmi təklif ünvanlayacağı gözlənilir.