Ronaldinio və Pirlo Türkiyəyə gəlir?
"Həm Ronaldinio, həm də Pirlo bizdən təklif gözləyir. Onlar Türkiyəyə gəlməyə hazırdırlar". SportLine.az sporx.com saytına istinadən xəbər verir ki, bu sözləri "Antalyaspor" klubunun prezidenti Gültəkin Gəncər deyib.
İtaliyada futbolçuların menecerləri ilə görüşdüyünü bildirən Gəncər Ronaldinio və Pirlonun dekabrda danışıqlar üçün Türkiyəyə gələ biləcəklərini deyib. Danışıqlar nəticə versə, hər iki futbolçu yanvar ayından "Super Liqa"da çıxış edəcək.