Ronaldo Avro-2024 qabağı Finlandiya ilə yoldaşlıq görüşünü buraxacaq
Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo bu gün Lissabonda Finlandiya ilə keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.
Sportline.az O Jogoya istinadla xəbər verir ki, millinin məşqçilər korpusu “Əl-Nəssr”in ulduzuna, eləcə də “Əl-Hilal”ın futbolçusu Ruben Nevesə bir həftəlik istirahət vermək qərarına gəlib.
Hər iki futbolçu mayın 31-də “Əl-Hilal”ın penaltilər seriyasında qalib gəldiyi Səudiyyə Kubokunun finalında iştirak edib.
Qeyd edək ki, Portuqaliya seçməsi AVRO 2024-də Türkiyə, Gürcüstan və Çexiya ilə birgə olaraq F qrupunda mübarizə aparacaq.