Ronaldo "Əl Nəsr"dən ayrılmaq istəyir

Kriştiano Ronaldo "Əl Nəsr"lə vidalaşmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.

Ronaldo müasir cəmiyyətdən uzaq adlandırdığı Səudiyyə Ərəbistanından ayrılmaq istəyir. O, bununla bağlı yaxın ətrafına məlumat verib.

38 yaşlı forvard tutarlı səbəb olmadan "Əl Nəsr"dən ayrılsa, kluba təzminat ödəməli olacaq.

Ronaldo 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanı klubuna keçib. O, bu komanda ilə 33 oyunda 16 qol vurub.
 

Banner