Ronaldo ən pis futbolçunun adını çəkdi
"Real Madrid"in keçmiş hücumçusu Ronaldo oynadığı ən pis futbolçunun adını açıqlayıb.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, o, keçmiş komanda yoldaşı Deyn Tomas Qraveseni eyni komandada oynadığı ən pis futbolçu adlandırıb.
“Qravesen həqiqətən əla oğlan və yaxşı insan idi. Amma o, futbolda çox pis idi, kobud oynayırdı və lazımsız sərt zərbələr vururdu”.
Keçmiş Braziliya milli futbolçusu Ronaldo “Cruzeiro”, PSV, “Barselona”, “Inter”, “Real Madrid”, “Milan” və “Corinthians” kimi komandalarda çıxış edib.
Ümumilikdə, peşəkar karyerası ərzində braziliyalı forvard 735 oyun keçirib və 512 qol vurub.