Ronaldonun iranlıya çatmasına az qaldı

Futbol üzrə Portuqaliya milli komandası yoldaşlıq oyununda Andorra yığması ilə qarşılaşıb.

Bakusport.az xəbər verir ki, "Eştadiu Da Luj" stadionunda keçirilən oyun Portuqaliya yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada komandanın kapitanı Kriştianu Ronaldo 102-ci qolunu vurub. 

Ronaldo İran yığmasının sabiq ulduzu Əli Dayenin rekordunu qırmaq üçün millinin heyətində daha 7 qola imza atmalıdır.