Ronaldunun taleyi necə olacaq?

Karyerasını UEFA Çempionlar Liqasında mübarizə aparan klubda davam etdirmək istəyən Kriştianu Ronaldu "Mançester Yunayted"i İngiltərənin digər məşhur klubuna dəyişə bilər.

Sportline.az "The İndependent"ə istinadən xəbər verir ki, Mançesterdə işləri qaydasında getməyən 37 yaşlı futbolçu "Çelsi"yə təklif olunub. Ronaldunun agenti Jorje Mendeş transfer pəncərəsinin son günlərində bu məqsədlə London klubunun rəhbərliyinə müraciət edib.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən transferin reallaşmasına "Çelsi"nin baş məşqçisi Tomas Tuxelin mane olduğu bildirilirdi. 

Son məlumatlara əsasən, Ronaldunun "Napoli"yə keçidi daha inandırıcı görünür.