Ronaldu futboldan ayrılacağı vaxtı açıqladı
Kriştianu Ronaldo jurnalistlərə verdiyi açıqlamada futbolla vidalaşacağı yaşı açıqlayıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinən portuqaliyalı ulduz
daha 3 il futbol oynamaq istədiyini bildirib. O, karyerasını bitirdikdən sonra futbol klubuna sahib olmaq istədiyini də gizlətməyib.
Qeyd edək ki, 38 yaşı olan forvard “Əl-Nəsr” klubunun forması ilə meydana çıxdığı 19 oyunda 14 qol vurub.