Ronaldu: "Mədəniyyətinizin bir parçası olmaq istəyirəm"
Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının futbol azarkeşlərinə müraciət edib.
Sportline.az xəbər verir ki, portuqaliyalı futbolçu ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib: "Məni dəstəklədiyiniz üçün çox sağ olun. Diqqətinizi nəinki oyunlarda, küçədə də, ümumiyyətlə hər yerdə hiss edirəm. Mən sizin mədəniyyətin bir hissəsi olacağam. Buradayam və ümid edirəm ki, çıxışımla və qazanacağımız titullarla sizi sevindirəcəyəm".
Qeyd edək ki, Ronaldu "Əl-Nəsr" klubunun şərəfini qoruyur.