Ronaldu sevgilisinə bahalı hədiyyə etdi
Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqesə yeni hədiyyə edib.
Sportline.az xəbər verir ki, portuqaliyalı hücumçu sevgilisinə 105 min funt sterlinq dəyərində zinət əşyalarını qoymaq üçün sandıq alıb.
Corcina hədiyyənin şəklini "İnstaqram" hesabından paylaşıb və bu sözləri yazıb: "Gözlərimə inana bilmirəm".
Qeyd edək ki, C.Rodriqesin zinət əşyalarına üstünlük verdiyi bildirilir.
