Ronaldunun dostlarına qadağa qoyuldu
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Kriştianu Ronaldunun dostlarına milli komandanın otelində məskunlaşmağa qadağa qoyub.
Sportline.az xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın ətrafı bir qayda olaraq onunla eyni oteldə qalırdı.
"Relovo"nun məlumatına görə, Avropa çempionatında bu ənənəyə son qoyulub.
Baş məşqçi futbolçunun diqqətinin komandadan yayınmaması üçün bu qərarı qəbul edib.
Ronaldunun bu qərara hörmətlə yanaşdığı bildirilir.
Qeyd edək ki, Portuqaliya millisi ilk oyunu iyunun 18-də Çexiya seçməsinə qarşı keçirəcək.