Rövnəq Abdullayev vəzifəsindən azad edildi

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib.

Sportline.az xəbər verir ki, bu haqda Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövnəq  Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Rövnəq Abdulayev eyni zamanda AFFA-nın prezidentidir. O, 2008-ci ildən bu quruma rəhbərlik edir.