Rövşən Səfərovdan gümüş medal

Bakıda paracüdoçuların beynəlxalq Qran-Pri yarışlarında idmançımız Rövşən Səfərov gümüş medal qazanıb.

Sportline.az xəbər verir ki, turnirdə 90 kiloqram çəki dərəcəsində təmsilçimiz Moldova, Türkiyə və Ukrayna idmançılarına qalib gələrək finala yüksəlib.

Səfərov həlledici görüşdə İran cüdoçusuna  məğlub olaraq gümüş medalla kifayətlənib.

Heydər Əliyev adına İdman Sarayında keçirilən turnirdə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.