RPL-da mövsümün bombardiri Mateo Kassiera olub

"Zenit"in hücumçusu Mateo Kassiera 2023/2024 mövsümünün sonunda Rusiya Premyer Liqasının bombardiri olub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, kolumiyalı futbolçu mövsümü 21 qolla tamamlayıb.

İkinci sırada 15 qolla "Dinamo"nun hücumçusu Tyukavin qərarlaşıb. "Krasnodar"ın futbolçusu Con Kordobanın aktivində isə 15 qol var.(3-cü yer).

Mateo Kassieranın "Zenit"lə 2027-ci ilin yayına kimi müqaviləsi var. Transfermarkt portalında onun dəyəri 9 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, "Zenit" 57 xalla Rusiya Premyer Liqasında mövsümü çempion tamamlayıb.