RPL-də "Aprel ayının ən yaxşısı" adına namizədlər açıqlanıb

Rusiya Premyer Liqasında "Aprel ayının ən yaxşısı" adına namizədlər bilinib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, mükafat uğrunda "Dinamo"nun hücumçusu Konstantin Tükavin, "Krasnodar"ın hücumçusu Con Kordoba, "Rostov"un futbolçusu Ronaldo, "Baltika"nın yarımmüdafiəçisi Daniel Kozlov və "Lokomotiv"in oyunçusu Maksim Qluşenkov mübarizə aparırlar.

Namizədlərin aprel ayında keçirilən oyunlarda statistikaları belədir.

Con Kordoba -5 qol,1 asist (5 oyunda)

Konstantin Tyukavin - 4 qol, 1 asist (5 oyunda)

Ronaldo - 4 qol, 1 asist (5 oyunda)

Daniel Kozlov - 2 qol, asist (5 oyunda)

Maksim Qluşenkov- 6 asist (4 oyunda)

Qeyd edək ki, Rusiya Premyer Liqasına 50 xalla "Dinamo" başçılıq edir. İkinci sıradakı "Krasnodar"ın da 50 xalı var. İlk üçlüyü 1 oyun az keçirən "Zenit" (50 xal) tamamlayır.