RPL-də mart ayının ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Rusiya Premyer Liqasının mətbuat xidməti mart ayının ən yaxşı məşqçisi adına 5 namizədi açıqlayıb.

Sportline.az Championat.com-a istinadla bildirir ki, namizədlərin siyahısı aşağıdakı kimidir.

Serqey Semak (“Zenit”, 3 oyun, 5 xal)
Marsel Liçka (“Dinamo”,3 oyun, 6 xal)
Valeri Karpin (“Rostov”, 3 oyun, 9 xal)
Serqey Taşuyev (“Fakel”, 3 oyun, 5 xal)
David Deoqrasiya (“Orenburq”, 3 oyun, 5 xal)

Qalib 3 tərəfli səsvərmə əsasında müəyyən ediləcək. RPL əfsanələri, Match Premier kanalının ekspertləri və azarkeşlər.

Qeyd edək ki,RPL-də  yarış cədvəlinə 44 xalla “Zenit” başçılıq edir.İkinci sıradakı “Krasnodar”ın 43 xalı var.İlk üçlüyü 38 xalla “Dinamo” qapıyır.