Ruben Amorim: "Komanda bəzi oyunlarda bacarığını göstərir"
Ruben Amorim "Mançester Yunayted"in uğursuz nəticələrindən danışıb.
Sportline.az "BBC"yə istinadən xəbər verir ki, Premyer Liqada 15-ci sırada gedən klubun çalışdırıcısı bu uğursuzluqları gözləmədiyini deyib:
"Bura gəldiyim vaxt mənə 14 oyunun yalnız 4-də qalib gələcəyimizi desəydiz, sizə inanmazdım. Ağlınızı itirdiyinizi söyləyərdim.
"Hərdən elə təəssürat yaranır ki, komandada irəliləyiş yoxdur, amma bəzi matçlarda yaxşı oynayırıq və təhlükəli vəziyyətlər yaradırıq. Buna baxmayaraq, ümumi çıxışımıza baxanda problemlərin həll yolundan daha çox olduğunu görürsən. Bu, açıq-aşkardır. Komanda bəzi oyunlarda bacarığını göstərir, lakin stabillik lazımdır".