Rüfət Dadaşov qol vurdu, "Şalke" qalib gəldi

Azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi "Şalke"nin ikinci komandası bu gün növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, komanda Almaniya Regional Liqasının 3-cü turunda Münhenqladbax "Borussiya"sını qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Rüfət Dadaşov vurub. O, 90 dəqiqə meydanda olub.

Xatrladaq ki, Dadaşov bir neçə gün əvvəl ABŞın "Finiks Rayzinq" klubundan "Şalke"yə keçib.