Rüfət Dadaşovun komandası növbəti xalı qazanıb

Almaniyanın Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu turda doğma meydanda "Videnbruk"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Rüfət də bu görüşdə iştirak edib. O, 55-ci dəqiqədə meydana daxil olub.
 
“Şalke”nin ikinci komandası hazırda 21 xalla 18 komanda arasında arasında 6-cı pillədə qərarlaşıb.