Rüfət "Şalke"də sonadək oynadı

Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu tu səfərdə Köln “Fortuna”sı ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
 
Rüfət bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Hücumçu 80-ci dəqiqədə sarı vərəqə alıb.
 
“Şalke”nin ikinci komandası hazırda 7 xalla 18 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Banner