Runi: "Mən Ronaldo və Reşfordu oyuna buraxmazdım"
“Mançester Yunayted” sabiq futbolçusu Ueyn Runi klubun Premyer Liqanın 3-cü turunun “ Liverpul”la oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Sportline.az The Times" nəşrinə istinadən xəbər verir ki, o, baş məşqçi Erik ten Haqın yerin olsaydı, Kriştiano Ronaldo və Markus Reşfordu "Liverpul"a qarşı oynatmamağı məsləhət görüb: “Mən Ronaldo və Reşfordu buraxmazdım. Ten Haqın yerində olsaydım, mənim əsas narahatlığım meydanda enerjini görmək olardı.
"Mançester Yunayted" mərkəz hücumçusu ilə müqavilə bağlaya bilmədi. Buna görə də Kriştiano uzun müddət komanda ilə məşq etməsə də, "Brentford"la qarşı oynadı. Onun forma yığması üçün vaxta ehtiyacı olduğu aydın idi. Əgər “Yunayted” “Liverpul”la "Brentford"la eyni şəkildə oynasa, nəticə 0:5-dən də pis olacaq".