Rusiya – Azərbaycan oyununun vaxtı dəqiqləşdi

AVRO-2017-nin seçmə mərhələsində mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti oyununun vaxtı dəqiqləşib. SportLine.az AFFA-ya istinadən xəbər verir ki, martın 24-də keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Görüş Rostov şəhərində baş tutacaq. Yığmamız səfər oyununu “Olimp-2” stadionunda keçirəcək.

Qeyd edək ki, millimiz Rusiya ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib.