Rusiya ilə oyundan imtina etdilər

Futbol üzrə Kamerun millisi Rusiya seçməsi ilə yoldaşlıq oyunundan imtina edib.

Sportline.az sport-express saytına istinadən xəbər verir ki, iyun ayına nəzərdə tutulan qarşılaşma baş tutmayacaq.

Afrika ölkəsinin rəhbərliyi milli komandaya bu oyuna çıxmağı qadağan edib.

Qeyd edək ki, yoldaşlıq matçının iyunun 15-də Moskvada keçiriləməsi planlaşdırılırdı.