Rusiya millisi Bakıda

Rusiya Federasiyasının BMX velosipedi üzrə seçmə komandası Bakıda təlim-məşq toplanışındadır.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Sportline.az saytına verilən məlumata görə, qonşu ölkənin komandası fevralın 13-dən BMX Veloparkında hazırlıq prosesi keçir.

Bakıya 11 nəfərlik nümayəndə heyəti ilə gələn komanda üzvlərindən aşağı yaş qrupuna aid 5 idmançı daxili yarışlarda iştirak etmək üçün artıq Rusiyaya qayıdıb. Elit katqeoriyalı digər 4 velosipedçi isə fevralın 28-dək Azərbaycanda olacaq.

Qeyd edək ki, Rusiya velosipedçilərini qarşıdakı aylarda Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa və Dünya Kuboku yarışları gözləyir.