Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək
Futbol üzrə Rusiya millisi uzun müddətdən sonra meydana çıxacaq.
Sprotline.az "RB Sport"a istinadən xəbər verir ki, yığma sentyabrın sonunda Qırğızıstan seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.
Matç böyük ehtimalla Bişkekdə baş tutacaq.
Qeyd edək ki, Rusiya millisi son olaraq 2021-ci ilin noyabrında DÇ-2022-nin seçmə matçında Xorvatiyaya 0:1 hesabı ilə uduzub. FIFA və UEFA 2022-ci ilin əvvəlində bu ölkənin komandalarını təşkilatların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.