Rusiya Premyer Liqasını tərk edən ilk komanda bəlli olub

Rusiya Premyer Liqasında elitanı tərk edən ilk komanda müəyyənləşib.

Sportline.az xəbər verir ki, az öncə bitən görüşdə "Krasnodar"a 3-2 hesabı ilə məğlub olan "Soçi' sona 1 tur qalmış liqada qalmaq şanslarını itirib.

"Krasnodar" isə ikinci pilləyə yüksələrək çempionluq ümidini davam etdirib.

Qeyd edək ki, RPL-da turnir cədvəlinə 56 xalla "Dinamo" başçılıq edir.İkinci sıradakı "Krasnodar"ın 53 xalı var.İlk üçlüyü bir oyun az keçirən "Zenit" (51 xal) tamamlayır. Liqanın son turunda Krasnodar doğma meydanda Dinamo ilə qarşılaşacaq.

 

Banner