Rusiyalı tanınmış futbolçu Azərbaycan klubundan təklif alıb

Rusiyanın "Tambov" komandasının qapıçısı Sergey Rıjikov Azərbaycan Premyer Liqası klublarının birindən təklif alıb.

Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu 40 yaşlı qolkiperin meneceri Aleksey Safanov bildirib:

"Seçimlər arasında Qazaxıstan və Azərbaycan çempionatları var. Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ekzotik ölkələrdən də təkliflər almışıq. Ancaq indi ora getmək bir az çətindir”.