Rusiyalı idman funksioneri yenidən IBA prezidenti seçilib
Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov növbəti müddətə qurumun prezidenti seçilib.
Sportline.az IBA-nın rəsmi tviter hesabına istinadən xəbər verir ki, bu, qurumun Fövqəladə Konqresinin ikinci günündə gerçəkləşib.
Hazırda IBA-nın İdarə Heyəti və komitələri üçün seçkilər keçirilir.
Qeyd edək ki, Umar Kremlyov IBA-ya 2020-ci ildən rəhbərlik edir. 40 yaşlı funksioner 2017 - 2021-ci illərdə Rusiya Boks Federasiyasının baş katibi vəzifəsində çalışıb.