Rusiyanın ən yaxşıları açıqlandı

Rusiya Premyer Liqasında mövsümün ən yaxşılarının adı bilinib.

Sportline.az sports.ru-ya istinadən xəbər verir ki, "Zenit"in braziliyalı hücumçusu Malkom mövsümün ən yaxşı futbolçusu seçilib.

ÇSKA-nın çalışdırıcısı Vladimir Fedotov ən yaxşı məşqçi, Matç TV-nin əməkdaşı Konstantin Qeniç ən yaxşı şərhçi adına layiq görülüb.

Qeyd edək ki, mövsümü 70 xalla başa vuran "Zenit" Rusiya çempionu adını qazanıb. 

ÇSKA ikinci, "Spartak" üçüncü yeri tutub.